Qüdrət Həsənquliyevin vəkili baş redaktoru məhkəməyə verdi

GÜNDƏM 18 yan 2022, 15:31
Deputat Qüdrət Həsənquliyevin yaxın dostu-şəriki Oqtay Abuzərov “Demokrat.az” xəbər saytının baş redaktoru Vasif Həsənlini məhkəməyə verib. 

“Demokrat.az”ın məlumatına görə, saytın baş redaktoru Vasif Həsənli bildirib ki, bu gün Oqtay Abuzərov tərəfindən “Demokrat.az” saytına qarşı xüsusi ittiham qaydasında Nərimanov Rayon Məhkəməsinə müraciət etmişdilər: “İşdən də göründüyü kimi, Cinayət Prosessual Məcəlləsinin 293-cü maddəsinin tələbləri pozulmaqla hazırlanıb. Məhkəmə prosesində xüsusi ittihamçının iştirakı olmayıb və bu səbəbdən məhkəmə təxirə düşüb. Qeyd edək ki, burada nəinki xüsusi ittihamın predmeti, heç həmin işin mülki, hüquqi prespektivi belə yoxdur”. 

Vasif Həsənli qeyd edib ki, mübarizəmiz hüquqi müstəvidə sona qədər gedəcək: “Yenə də bir daha Milli Məclisin deputatı Qüdrət Həsənquliyevə müraciət edərək bildiririk ki, bu məsələ ilə bağlı hər hansı bir hüquqi müstəvidə səlahiyyətlərindən və əlaqəsindən istifadə edib “Demokrat.az” saytına qarşı edəcəyi həmlə nə onun statusuna, nə də ki bizim fəaliyyətimizə uyğun deyil. Hesab edirik ki, kifayət qədər arqumentlərlə məhkəmədə hər şey ortalığa qoyulacaq. Odur ki, tərəfləri bir daha sülhə dəvət edirik, əsasən də, Qüdrət Həsənquliyevi”.

Qeyd edək ki, prosesdə Vasif Həsənlini tanınmış vəkil Ceyhun Yusifov müdafiə edir.

Aynurə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top