Vətən Müharibəsi şəhidinin ad günü belə qeyd olundu — FOTOLAR

SOSİAL 17 yan 2022, 15:13
17 yanvar Vətən Müharibəsi şəhidi əsgər  Bəhruz Yavər  oğlu Hüseynovun cənnətdə doğum günüdür. 

Demokrat.az xəbər verir ki, bu münasibətlə Salyan rayonunun Yolüstü kəndində Vətən Müharibəsi şəhidi Bəhruz Yavər oğlu Hüseynovun adına tikilmiş abidə xatirə kompleksinin açılışı olub. Abidə xatirə kompleksinin açılışı zamanı ilk öncə dövlət himni səsləndirilib, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Salyan rayon İcra Hakimiyyəti başçısının müavini Rəşad Cəbrayılov çıxış edərək bildirib ki, Vətən Müharibəsində Azərbaycanın ərazi bütövlüyü və azadlığı uğrunda şəhid olan oğulların xatirəsi həmişə qəlbimizdə yaşayacaq. Sonra 60 saylı Salyan-Neftçala seçki dairəsinin deputatı Fəzail Ağamalının köməkçisi, şəhidin ailə üzvləri, qohumları çıxış edərək şəhidimizin keçdiyi döyüş yolundan bəhs edərək, onun qəhrəmanlığının hər kəsə örnək olduğunu qeyd edilər. 

Tədbirdə Salyan rayon Gənclər və İdman İdarəsinin rəisi və əməkdaşları, Yeni Azərbaycan Partiyası Salyan rayon Təşkilatının fəalları  və rayon ictimaiyyətinin nümayəndələri də iştirak ediblər. Sonda abidə xatirə kompleksinin önünə gül dəstələri qoyulub və şəhidlərimizin ruhlarına dualar oxunub.

Daha sonra Yolüstü kənd qəbiristanlığında Vətən Müharibəsi şəhidi əsgər  Bəhruz Yavər oğlu Hüseynovun məzarı ziyarət olunub, məzarı önünə gül dəstələri qoyulub, ruhuna dualar oxunub. 

Bir 10 nəfər və ayaqüstə duran insanlar şəkili ola bilərBir 7 nəfər və ayaqüstə duran insanlar şəkili ola bilərBir 7 nəfər, ayaqüstə duran insanlar və açıq hava şəkili ola bilərBir 3 nəfər, ayaqüstə duran insanlar və səma şəkili ola bilərBir 6 nəfər, ayaqüstə duran insanlar və açıq hava şəkili ola bilərBir 9 nəfər və ayaqüstə duran insanlar şəkili ola bilər
Bir 9 nəfər, ayaqüstə duran insanlar, açıq hava və abidə şəkili ola bilərBir 7 nəfər və ayaqüstə duran insanlar şəkili ola bilərBir 3 nəfər, ayaqüstə duran insanlar və açıq hava şəkili ola bilərBir 4 nəfər, ayaqüstə duran insanlar və açıq hava şəkili ola bilərBir 5 nəfər, ayaqüstə duran insanlar və açıq hava şəkili ola bilərBir 8 nəfər, ayaqüstə duran insanlar və açıq hava şəkili ola bilərBir 4 nəfər, ayaqüstə duran insanlar və açıq hava şəkili ola bilərBir 2 nəfər, ayaqüstə duran insanlar, çiçək və açıq hava şəkili ola bilərBir 3 nəfər, ayaqüstə duran insanlar, çiçək və açıq hava şəkili ola bilərBir 7 nəfər, ayaqüstə duran insanlar və açıq hava şəkili ola bilərBir 1 nəfər, abidə və açıq hava şəkili ola bilər
Bir 10 nəfər, ayaqüstə duran insanlar və açıq hava şəkili ola bilərBir 11 nəfər, ayaqüstə duran insanlar, çiçək və açıq hava şəkili ola bilərBir 8 nəfər, ayaqüstə duran insanlar, çiçək və açıq hava şəkili ola bilərBir 9 nəfər, ayaqüstə duran insanlar və açıq hava şəkili ola bilər

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top