Los-Ancelesdə Devid Bekhemə heykəl qoyuldu — FOTO

İDMAN 03 mar 2019, 09:57

MLS-də çıxış edən "Los-Anceles Qelaksi" komandanın sabiq futbolçusu Devid Bekhemə qoyulan heykəlin açılışını edib.

 

“Report” xəbər verir ki, təntənəli mərasim yeni müntəzəm çempionat öncəsi ev oyunlarının keçirildiyi "Stabhab Senter" arenası yaxınlığında keçirilib.

 

Bildirilir ki, Bekhem MLS tarixində heykəl qoyulan ilk futbolçu olub.

 

İngilis futbolçu "Los-Anceles Qelaksi"də 2007-2012-ci illərdə çıxış edib. Onun aktivində 124 oyuna 20 qol və 42 məhsuldar ötürmə var. O, Kaliforniya klubunun heyətində iki dəfə MLS çempionu olub.

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top