Bakıdan uçan təyyarənin anbaan QƏZA GÖRÜNTÜSÜ

HADİSƏ 28 fev 2019, 11:31

Fevralın 25-də Bakıdan havaya qalxan və Moskvanın "Şeremetyevo” hava limanında qəzalı eniş edən "Qolfstrim” biznes-jet təyyarəsinin yeni görüntüləri yayılıb.


Demokrat.az Rusiya KİV-nə istinadən xəbər verir ki, təyyarənin qəza enişini əks etdirən kadrlar müşahidə kamerası tərəfindən lentə alınıb.


Xatırladaq ki, təyyarənin göyərtəsində 3 sərnişin - Azərbaycan vətəndaşı Asif Ələkbərov, Rusiya vətəndaşı Ariya Axmadova və Belarus vətəndaşı Valentina Davıdovskaya və 3 ekipaj üzvü olub - Elman Aslanov, Sergey Polumordvinov və Leyla Paşayeva.


Rusiya İstintaq Komitəsi uçuş-enmə zolağından kənara çıxan təyyarəyə ciddi ziyan dəydiyini açıqlamışdı.(Posta.az)

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top