Misir Mərdanov qardaşının işdən çıxarılmasından DANIŞDI

GÜNDƏM 25 fev 2019, 20:36

Sabiq Təhsil naziri, AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru Misir Mərdanov qardaşı Əli Mərdanovun işdən çıxarılmasından danışıb. 


Misir Mərdanov Demokrat.az-a açıqlamasında bildirib ki, Əli Mərdanovun Şabran Rayon Polis Şöbəsinin rəisi vəzifəsindən azad edilməsi sırf pensiya yaşının çatması ilə əlaqədardır:


"Qardaşımın 60 yaşı tamam olduğu üçün pensiyaya çıxarılıb. Onu hər hansı nöqsanına görə işdən çıxartmayıblar. Pensiya yaşı çatdığı üçün vəzifəsindən gedib. Bu normal bir şeydir. Hesab edirəm ki, burada əlavə nə isə axtramaq düzgün deyil".


Demokrat.az  

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top