Neft bahalaşır

İQTİSADİYYAT 16 fev 2019, 12:06

Brent neftinin Cümə axşamı günü yekun qiyməti 2,6% bahalaşma ilə 66.25 dollar təşkil edib.


Demokrat.az xəbər verir ki, neftin bahalaşmasının səbəbləri ABŞ və Çin arasında davam edən ticarət müzakirələrində irəliləyiş təmin edilməsi, Səudiyyə Ərəbistanının hasilatını daha da azaldacağını açıqlaması, İran və Venesuelanın hasilatlarının azalmasıdır.


ABŞ və Çin arasında ticarət müharibəsi iqtisadi inkişafa mənfi təsir edir və neftə tələbi azaldır. ABŞ və Çinin bir razılaşma təmin etməsi, qlobal iqtisadiyyat üçün müsbət hadisə olacaqdır. /Marja

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top