Azərbaycan səfirliyi Ukraynada çətinliklə üzləşən soydaşımıza yardım etdi — FOTOLAR

HADİSƏ 15 fev 2019, 12:16

Ukraynanın Kramatorsk şəhərində körpə qızı ilə kimsəsiz vəziyyətdə yaşayan soydaşımız düşdüyü çətin durumla bağlı Azərbaycanın Ukraynadakı səfirliyinə müraciət edib. 


Demokrat.az xəbər verir ki, Səfirlik müraciətə dərhal reaksiya verərək Azərbaycan vətəndaşı Məmmədova Mehriban Ağakişi qızını Kiyev şəhərinə gətirib.

Səfirliyin araşdırması zamanı məlum olub ki, Bakı şəhərində doğulan M.Məmmədova artıq 10 ildir ki, Ukraynada yaşayır. Sonradan böyük çətinliklərlə üzləşib.

Səfirlik tərəfindən soydaşımıza hərtərəfli yardım və köməklik edilib, sənədləri düzəldilərək, bu gün axşam saatlarında Bakıya göndərilib.

Zərurətdən irəli gələn bir hal kimi səfirlik Ukraynaya gələn və burada yaşayan soydaşlarımızın bir daha diqqətinə çatdırır ki, səfirlik üçün Azərbaycan vətəndaşlarının hüquq və mənafelərinin qorunması ən ümdə vəzifələrdən biridir və bu istiqamətdə daima müvafiq işlər aparılır. 

 

Похожее изображение

                             Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev


Bu xüsusda səfirlik bir daha soydaşlarımızı diqqətli olmağa çağırır və bəyan edir ki, qarşılıqlı əməkdaşlığın daha mütəşəkkil həyata keçirilməsi üçün problem yarandığı halda dərhal səfirliyin “qaynar xətti”nə və elektron poçtuna müraciət etsinlər!


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top