Çempionlar Liqasının ilklərlə dolu II dövrəsi başlayır

İDMAN 12 fev 2019, 09:13

Bu gün UEFA Çempionlar Liqasında 2018/2019 mövsümünün ikinci yarısına start veriləcək.


Demokrat.az xəbər verir ki, 1/8 final mərhələsinin ilk oyunları iki həftə ərzində baş tutacaq.


İlk oyun günündə iki matç olacaq. Cütlərin favorit oyunu "Mançester Yunayted" – PSJ matçıdır. İngilislər fransızları qonaq edəcək. “MY” bu oyuna Joze Mourinyonun əvəzləyən Ule Qunnar Sulşerin rəhbərliyi altında çıxacaq ki, bu da yeni baş məşqçinin ingilislərlə ilk Çempionlar Liqası oyunu olacaq. Komandalar arasındakı Parisdə keçiriləcək cavab matçı martın 6-da olacaq.


Günün digər görüşü isə İtaliyada keçiriləcək. "Roma" Portuqaliyanın "Portu" komandasını qarşılayacaq. Cavab oyunu isə martın 6-da təşkil olunacaq.


Qeyd edək ki, 1/8 finalın ilk oyunlar çərçivəsindəki iki oyunu sabah keçiriləcək. Növbəti 4 oyun isə fevralın 19 və 20-də baş tutacaq.


Çempionlar Liqası


1/8 final, ilk oyunlar

 

12 fevral


00:00. “Roma” (İtaliya) – “Porto” (Portuqaliya)


00:00. “Mançester Yunayted” (İngiltərə) – PSJ (Fransa)


Qeyd edək ki, bu hissədə yeni qayda tətbiq ediləcək. Belə ki, artıq oyunlarda videotəkrar (VAR) sistemindən istifadə olunacaq.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top