İstanbulda hərbi vertolyot qəzaya uğrayıb — 4 nəfər ölüb

HADİSƏ 11 fev 2019, 23:59

İstanbul şəhərində hərbi vertolyotun qəzaya uğraması nəticəsində 4 hərbçi həlak olub.


Demokrat.az xəbər verir ki, bu barədə bazar ertəsi şəhərin qubernatoru Əli Yerlikaya məlumat verib.


“Çekməköy rayonunda vertolyotun qəzaya uğraması nəticəsində 4 hərbçi həlak olub”, – deyə o, “Twitter”də yazıb.


İlkin məlumatlara görə, vertolyot texniki səbəblərdən məcburi eniş edən zaman qəzaya uğrayıb.


Hadisə yerinə “təcili yardım” və yanğınsöndürən maşınlar cəlb olunub.


Daha əvvəl Efiopiyaya məxsus vertolyot qəzaya uğrayıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top