Arif Alışanov deputat olmağa hazırlaşır

MARAQLI 09 fev 2019, 19:53

"Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin keçmiş sədri Arif Alışanov qarşıdan gələn növbəti parlament seçkilərində namizəd olmağa hazırlaşır. 


Bu barədə Demokrat.az-a Arif Alışanova yaxın olan mənbə məlumat verib. 


Məlumata görə, Arif Alışanov yüksək vəzifəli məmurlardan biri ilə söhbəti zamanı Milli Məclisə keçiriləcək növbəti seçkilər zamanı deputat olmaq istəyini dilə gətirib. 


Onun bu istəyinin nə qədər real olacağını isə zaman göstərəcək. 


Xatırladaq ki, Arif Alışanov əvvəllər də Milli Məclisin deputatı olub. 


Demokrat.az 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top