Deputata məxsus şirkət insan həyatı üçün təhlükəli ərazidə bina tikdirdi — Qatar hər an sakinləri VURA BİLƏR (FOTOLAR)

SOSİAL 08 fev 2019, 14:53

“Kristal Abşeron” tikinti şirkəti sakinlərin həyatına təhlükə yaratmaqda davam edir. 


Bununla əlaqədar şirkətin Xırdalan ərazisində inşa etdiyi binanın sakinləri Demokrat.az-a müraciət göndəriblər. 

 

Related image


Müraciətdə qeyd olunur ki, “Kristal Abşeron” şirkəti Xırdalan dəmiryolunun yaxın məsafəsində hündürmərtəbəli binalar tikərək sakinlərə satır. İlkin olaraq həvəsləndirici təkliflərə aldanan sakinlər sonradan binanın təhlükəli ərazidə inşa olunduğunun fərqinə varırlar. 

 

Görüntünün olası içeriği: gökyüzü ve açık hava


Binalar dəmiryoluna o qədər yaxın məsafədə inşa edilib ki, hətta qatarlar gedən zaman ərazidə titrəyiş belə hiss olunur. 


Digər tərəfdən isə bina sakinləri azyaşlı uşaqların həyatı üçün yaranan təhlükədən narahatdırlar. Onlar hər an qatar təhlükəsilə üzləşə bilərlər. 

 

Görüntünün olası içeriği: gökyüzü ve açık hava


Şirkətin fəaliyyətinin digər nöqsanlı tərəfi isə Azərbaycan hökumətinin qəbul etdiyi qərarların tələblərini kobud şəkildə pozamsıdır. 

 

Image result for ağalar Vəliyev


Bildiyiniz kimi, Azərbaycan hökuməti dəmiryolu xəttlərinə yaxın məsafədə yerləşən evlərin sökülməsi üçün müvafiq addımlar atır, həmin sakinlərə kompensasiya ödənilməklə təhlükəsiz ərazilərə köçürülür. Dövlət bu istiqamətdə sağlamlaşdırılma aparmaq üçün heç də az vəsait xərcləmir. Ancaq nədənsə deputat Ağalar Vəliyevə məxsus olduğu deyilən “Kristal Abşeron” şirkəti dövlətin bu qərarlarını ya heçə sayır, ya da görməməzlikdən gəlir. Yoxsa, bu şirkət nədən qatar relslərinin yanında bina tikdirsin ki?!


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top