“Gəmilərimizdən biri Əbülfəz Elçibəyin adını daşıyacaq” - Mübariz Mənsimov

MARAQLI 30 yan 2019, 12:36
“Palmali” şirkətlər qrupunun rəhbəri Mübariz Mənsimov cəsarətli addımları ilə cəmiyyəti təəccübləndirməkdə davam edir. Şirkət bu dəfə gəmilərindən birinə “Elçibəy” adını vermək qərarına gəlib.

Demokrat.Az xəbər verir ki, bu haqda Mübariz Mənsimov özünün feysbuk səhifəində məlumat yayıb.

“Cümhuriyyətimizin 100 illiyi ilə bağlı yeni gəmimizin adının Məhəmməd Əmin Rəsulzadə qoyduğumuzu bildirmişdik. Eyni zamanda 2004-cü ildən etibarən “Heydər Əliyev” gəmimiz dünya sularında üzməkdədir. Hər üç şəxsiyyət bizim eçün əziz olduğundan Əbülfəz Elçibəyi də unutmamağa və unutdurmamağa qərar verdik. Bu ilin aprel ayında, gəmilərimizdən biri bu böyük şəxsiyyətin Əbülfəz Elçibəyin adını daşıyacaq. Beləliklə, 20-ci əsrdə yaşamış hər üç şəxsiyyətin adını daşıyan gəmilərimiz dünya sularında üzəcəklər”, – deyə Mübarizə Mənsimov bildirib.

"Mustafa Kamal Atatürk deyirdi ki, tarix yazmaq tarixi yaratmaq qədər mühümdür. Bu baxımdan yazanlar yaradanlara sadiq qalmalı, nə kimsənin rolunu azaltmalı, nə də artırmalıdırlar. Tarixə sayğı gələcəyə yatırımdır. Tarixi olmayanın gələcəyi də olmaz..”, – Mübariz Mənsimov əlavə edib.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top