Millət vəkili cinsiyətini dəyişdi

MARAQLI 22 yan 2019, 14:52
Almaniyada Yaşıllar Partiyasının millət vəkili Markus Ganserer cinsini dəyişib və Tessa Ganserer olaraq yeni adını açıqlayıb.
 
Demokrat.Az xəbər verir ki, 2013-cü ildən Nürnberq-Nordu təmsil edən Ganserer, ötən oktyabr ayında keçirilən seçkilərdə yenidən qalib gəlib.

Bavyera millət vəkili Ganserer ötən həftə bir mətbuat konfransında adını dəyişdirdiyini və yeni adının Tessa olduğunu ifadə edərək, bundan sonra bir qadın olaraq məclisə gələcəyini söyləyib.
 
Похожее изображение

Evli və iki usage olan Ganserer, 10 il əvvəl gerçək şəxsiyyətini tapdığını və evdə qadın paltarlarını geyməyə başladığını, bunu əyləncə üçün etmədiyini və bir qadın olmağı seçmədiyini söyləyib.

Almaniyada cinsiyyət dəyişikliyi səbəbiylə adını dəyişdirmək istəyənlər ən azı iki cərrahi əməliyyatdan keçməlidir və tələbin həyata keçirilməsi üçün bir il gözləməli olmalıdırlar. Bu səbəblə Gansererin yeni adı hələ rəsmi olaraq qeydiyyata keçməyib.(muxalifet.az)

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 apr 2024, 09:08
Top