"Azərbaycanda normal mitinq Bakıda keçirilən möhtəşəm hərbi parad idi" - 81 yaşlı deputatdan Milli Şuranın mitinqinə ETİRAZ

MARAQLI 17 yan 2019, 13:52
Milli Məclisin İntizam Komissiyasının sədri, 81 yaşlı deputat, Azərbaycan Boks Federasiyasının I vitse-prezidenti Ağacan Abıyev Milli Şuranın yanvarın 19-a təyin etdiyi mitinqlə bağlı məsələyə münasibət bildirib.

Deputat Demokrat.Az-a açıqlamasında deyib ki, Milli Şura yarıtmaz fəaliyyətlə məşğul olur:

"Onlar heç bir işi bacarmırlar. Mitinq təyin etmək iş deyil. Əgər onların bacarığı olsaydı, mitinq əvəzinə gedib Azərbaycanın xeyrinə faydalı işlər görərdilər. Normal iş bacara bilmədikləri üçün bu cür axmaq-axmaq hərəkətlərlə məşğul olurlar. Bu adamlar nə edirlərsə, hamısı Azərbaycanın ziyanınadır. İndi mitinq planlaşdırırlar, özləri bilərlər. Amma Azərbaycanda dövlət səviyyəsində mitinq oldu. Bu, ötən il Bakıda keçirilən möhtəşəm hərbi parad idi. Camaat maraq göstərib izləməyə gəlirdi, sevinirdilər. Normal mitinq belə olar. İndi müxalifət nə mitinq edəcək? Axı Azərbaycanda nə olub ki, bunlar mitinq edirlər? Bunlar nəyə etiraz edəcəklər? Mən yenə deyirəm ki, bu qüvvələr Azərbaycana ziyan vururlar. Özü də bunu bilərəkdən etmirlər. Bəlkə də Azərbaycana ziyan vurduqlarını bilsəydilər, bunu etməzdilər. Müxalifət hələ də anlamır ki, mitinq keçirməklə Azərbaycana ziyan vururlar. Ermənilər bizim qonşuluğumuzda yerləşir, belə hallardan Azərbaycana qarşı sui-istifadə edirlər. Gərək müxalifət bunu anlasın!".

Demokrat.Az
 
 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 apr 2024, 09:08
Top