Bakı-Gəncə “sürət qatarı” yolda qaldı – Abbas Bağırov da qatarda olub

HADİSƏ 05 yan 2019, 12:04
Bakı-Gəncə sürət qatarı yolda dayanıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hadisə qatar Bakı istiqamətində hərəkət edərkən Kürdəmir rayonu ərazisində səhər saatlarında baş verib.

“Azərbaycan Dəmir Yolları İdarəsi”nin mətbuat katibi Sevinc Qədirova “Qafqazinfo”ya açıqlamasında bildirib ki, hadisə elektrik xətlərində baş verən nasazlığa görə yaranıb.

Problem qısa müddət ərzində aradan qaldırılıb. Qatar 8 dəqiqə gecikmə ilə Bakıya çatıb.
 
Bakı-Gəncə sürət qatarı yolda qaldı
 
Qeyd edək ki, sözügedən qatarda Əməkdar artist Abbas Bağırov da olub. O, VİP vaqondan sosial şəbəkədə video da paylaşıb.
 


Demokrat.Az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top