"Ermənilər rus xalqının yaxın müttəfiqidir" - Putin yenə Ermənistanı MÜDAFİƏ ETDİ

SİYASƏT 20 dek 2018, 19:27
"Ermənistanla Rusiya arasında heç bir şey pozulmayıb ki, bərpası tələb olunsun".

Demokrat.Az xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin keçirdiyi mətbuat konfransında "Ermənistanda keçirilən seçkilərdən sonra Rusiya bu ölkə ilə bağlı siyasətini necə bərpa edəcək" sualının cavabında deyib.

"Nəyi bərpa etmək lazımdır? Bizim aramızda pozulmuş bir şey yoxdur ki, sonradan bərpası lazım gəlsin. Bizim Ermənistanla hamar münasibətlərimiz var, bu, regionda, ümumilikdə dünyada strateji tərəfdaşlıqdır, KTMT, Avrasiya İqtisadi Birliyində üzvlükdür. Biz nəyi bərpa etməliyik? Biz əvvəlki rəhbərlərin yaratdıqlarını inkişaf etdirməliyik.
Erməni xalqı Zaqafqaziyada rus xalqının yaxın müttəfiqidir, tarixən belə olub, belədir və ümid edirəm ki, belə də olacaq. Biz dünyada, regionda cari vəziyyətlə bağlı reallıqdan, öz imkanlarımızdan çıxış etməliyik. Yaxın vaxtlarda bunları cənab Paşinyanla müzakirə edəcəyik. Gələn həftə o, Rusiyaya səfər etməlidir", - deyə V.Putin qeyd edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top