"Qarabağ - Keşlə" oyunundan sonra hakimlərə hücum oldu — VİDEO

İDMAN 16 dek 2018, 21:44

Futbol üzrə Azərbaycan Kubokunun 1/4 final mərhələsi çərçivəsində “Qarabağ”a qarşı keçirilən ilk oyundan sonra “Keşlə” rəhbərliyi ilə hakimlər arasında gərginlik yaşanıb.

 

Demokrat.Az Futbolinfo.az-a istinadla xəbər verir ki, matçdan sonra paytaxt klubunun prezidenti Zaur Axundovla “Keşlə”nin qapıçısı Kamran Ağayev hakimlər otağına daxil olublar. Halbuki, onların buna ixtiyarı yoxdur. 

 

 

Böyük ehtimalla AFFA İntizam Komitəsinin qarşıdakı günlərdə keçiriləcək növbəti iclasında “Keşlə” bu hadisəyə görə cəzalanacaq.

 

Qeyd edək ki, “Qarabağ”ın 1:0 hesabıyla qalib gəldiyi bu oyunu gənc hakim Vüqar Həsənli idarə edib.

 

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top