Adil Əliyev türkiyəli jurnalistə vəzifə verdi – FOTOLAR

MARAQLI 12 dek 2018, 18:15
Türkiyənin tanınmış jurnalisti Ali Kan Azərbaycan Kikboksinq Federasiyasının idarə heyətinin üzvü olub.

Demokrat.Az xəbər verir ki, Azərbaycan Kikboksinq Federasiyasının prezidenti, millət vəkili Adil Əliyev Ali Kanı federasiyada görməkdən məmnun olduğunu bildirib.

Adil Əliyev deyib ki, Ali Kan Türkiyədə tanınmış jurnalistlərindəndir:

"Azərbaycanın haqq səsini Türk dünyasına çatdırılmasında xüsusi rolu var. Daima kikboksinq federasiyasının Türkiyədə tanıdılmasında böyük xidmətlər göstərib. Hazırladığı xəbərlər yüzlərlə Türkiyə saytı öz səhifəsində işıqlandırıb. Türkiyənin siyasi elitasında hörmətlə qarşılanan dostlarımızdandır. Bu gün onu öz aramızda görməkdən məmnunuq. Ona gələcək fəaliyyətlərində uğurlar arzulayıram”.

Ali Kan federasiyada olmağından qürur hissi keçirdiyini söyləyib:

“Adil müəllimlə və dostlarla birgə addımlamaq mənimçün böyük qururdu. Federasiya mənim üçün doğma yerdir.  Əvvəl necə fəal idimsə,bundan sonra da fəallığımı artıracam. Federasiyada Azərbaycan-Türkiyə qardaşlığının möhkəmlənməsinə çalışacam”.

Demokrat.Az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top