2018-ci ilin ən gözəl qızı seçildi - FOTOLAR

MARAQLI 09 dek 2018, 16:14
Çinin Haynan adasında "Dünya gözəli 2018" müsabiqəsi keçirilib.

Demokrat.Az axşam.az-a istinadən bildirir ki, müsabiqənin qalibi Vanessa Ponse de Leon olub. Meksika təmsilçisi dünyanın ən gözəl qızı seçilib.
Yarışmanın ikincisi Tailanddan olan Nikolin Piçapa Limsnukan seçilib. Final buraxılışı 3 saat davam edib. Əvvəlcə münsiflər 30, sonra 12, sonda isə 5 iştirakçını seçiblər. İlk beşliyə Belarusiya, Meksika, Tailand, Uqanda və Yamayka yer alıb.

Meksikalı qalibə tacını "Dünya gözəli 2017"nin hindli qalibi Manuşi Çhillar taxıb.

Qeyd edək ki, yarışmaya 118 ölkənin təmsilçisi qatılıb. İştirakçılar bir il əvvəl yarışma üçün Çinə gediblər.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top