Bu ölkədə gediş haqları ləğv olunur — Qərar tıxacın qarşısını almaq üçündür

DÜNYA 07 dek 2018, 09:33

Lüksemburq bütün nəqliyyat vasitələrində gediş haqqının ləğv ediləcəyi dünyanın ilk ölkəsi olacaq.

 

“Qafqazinfo” xarici mediaya istinadla xəbər verir ki, gələn ilin yayından etibarən hökumət avtobus, tramvay, şəhərlərarası qatarları ödənişsiz edəcək.

 

Bu qərar yollardakı tıxacların qarşısını almaq üçün qəbul edilir.

 

Hersoqluğun əhalisi 600 min nəfərdir. Bununla belə gün ərzində Almaniya və Fransadan Lüksemburqa yüz minlərlə insan işləməyə gəlir. Bu səbəbdən yollarda tıxac yaranır. Lüksemburqda gələcəkdə birinci və ikinci sinif qatarlarda da gediş haqqının ləğvi nəzərdə tutulur.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top