Bakı-Sumqayıt yolundakı məşhur kafedə əxlaqsızlıq yuvası aşkarlandı — VİDEO

HADİSƏ 22 noy 2018, 16:30

Bakı-Sumqayıt yolu üzərinə yerləşən kafelərdən birinin əxlaqsızlıq yuvası kimi fəaliyyət göstərdiyi məlum olub.


Demokrat.Az xəbər verir ki, bu barədə sosial şəbəkə istifadəçilərindən biri məkandan video çəkdikdən sonra üzərində etdiyi qeyddə bildirib.


Məlumatı verən şəxs qeyd edib ki, buradakı qızlar 20 AZN müqabilində intim xidmət göstərirlər. Hətta ofisiantlar kafeyə gələn müştərilərə yaxınlaşaraq qız təklif edirlər:


“Türkiyəli qonaqlar xahiş etmişdilər ki onları aparım, bir az gəzsinlər, maşına əyləşən kimi onları Sumqayıt yolunun üzərində yerləşən məşhur məkanlardan birinə aparmağımı xahiş etdilər. Neçə ildir fəaliyyət göstərən bu obyekti mən tanımırdım, amma görünür, mənim bilmədiyim daha çox biabırçılıq var imiş. Söhbət ondan gedir ki, ofisiant yaxınlaşıb deyir ki, hansı qızı istəyirsən, mənə de, göndərim. Yoxsa məsələ qızların orda olmasından getmir”.(A24.Az)

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top