Əli Kərimli sərbəst buraxıldı

HADİSƏ 19 noy 2018, 13:02

Bu gün Səbail rayon məhkəməsində AXCP sədri Əli Kərimli və digər partiya mənsublarına qarşı İnzibati Xətalar Məcəlləsinin 513.2-ci və 513.1-ci (Yığıncaqların, mitinqlərin, nümayişlərin, küçə yürüşlərinin və piketlərin təşkilinin və keçirilməsinin “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydasının toplantının təşkilatçısı tərəfindən pozulmasına görə) maddələri ilə ittihamı üzrə proses keçirilib.

 

Demokrat.Az xəbər verir ki,  saxlanılan cəbhəşilərə 400-500 manat cərimə, Əli Kərimliyə isə 2500 manat cərimə cəzası verilib.


Xatırladaq ki, noyabrın 17-i saat 15 radələrində Dirçəliş günü ilə bağlı Şəhidlər Xiyabanına yürüş edən 60-70 nəfər AXCP üzvü arasında qarşıdurma yaranıb. Nəticədə, AXCP sədri Əli Kərimli və Milli Şura sədri Cəmil Həsənli də daxil olmaqla 52 nəfər ilə polis əməkdaşları tərəfindən saxlanılaraq Səbail Rayon Polis İdarəsinə aparılıb. Orada izahatı alındıqdan sonra 41 nəfər, o cümlədən Cəmil Həsənli sərbəst buraxılıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 apr 2024, 09:08
Top