“Azərbaycanın bank qanunvericiliyi bərbad gündədir” - Ekspert

İQTİSADİYYAT 14 noy 2018, 15:19

Milli Məclisin dünənki toplantısında millət vəkili Musa Qasımlı bankların törətdiyi özbaşınalıqları sərt şəkildə tənqid edərək onları sosial gərginlik yaratmaqda ittiham edib. Millət vəkili vurğulayıb ki, banklar xalqla dövlət arasında uçurum formalaşdırır.

 

Bankların törətdiyi özbaşınalıqların miqyası həqiqətənmi bu dərəcədə böyükdür? Bu özbaşınalıqların qarşısını almaq üçün konkret qanunların qəbuluna ehtiyac varmı?

 

“Mövcud qanunlar bank müştərilərinin hüquqlarını lazımınca qorumur”

 

Moderator.az-a açıqlama verən bank-maliyyə məsələləri üzə ekspert Əkrəm Həsənov bu sahədə vəziyyəti tənzimləmək üçün yeni qanunların qəbuluna ehtiyac olduğunu qeyd etdi:

 

“Azəbaycanın bank qanunvericiliyi bərbad gündədir. Bu qanunvericilik köhnəlib və dünya standartlarına cavab vermir. Mən ilk növbədə banklar haqqında qanunu və bank olmayan kredit təşkilatları haqqında qanunu nəzərdə tuturam. Bu qanunlar bir sıra baxımdan zəif tərtib edilib. Həmin qanunlar birtərəfli olaraq bankların xeyrinə yazılıb. Sözügedən  qanunlar yalnız əhalinin deyil, bütün bank müştərilərinin, eləcə də sahibkarların maraqlarını lazımınca qorumur”.

 

“Bizdə istehlak krediti haqqında xüsusi qanun yoxdur, halbuki...”

 

Ekspertin sözlərinə görə, qabaqcıl ölkələrdən fərqli olaraq, ölkəmzidə istehlak kreditləri ilə bağlı xüsusi qanun yoxdur:

 

“Ən əsası isə qabaqcıl ölkələrin hamısında istehlak krediti haqında xüsusi qanun var. Əhalinin götürdüyü kreditlər xüsusi qanunvericiliklə tənzimlənir. Orada əhalinin hüquqları ciddi şəkildə qorunur. Bu isə banklara kredit verən zaman istənilən şərti müqaviləyə salmağa imkan vermir. Bizdə isə belə qanun yoxdur. Ona görə də banklar istənilən şərtləri müaviləyə daxil edir və daha sonra vətəndaşın bu müqaviləyə qol çəkməsini iddia edərək öz tələblərini məhkəmə qaydasında həyata keçirirlər”.

 

“4 ildir ki, banklar hazırladığımız qanun layihəsinin qəbuluna imkan vermir”

 

Ə.Həsənov 4 il bundan öncə alman mütəxəssislə birlikdə dünya standartlarına cavab verən qanun layihəsi hazırladıqlarıı, lakin bankların bu qanunun qəbuluna imkan vermədiyini vurğuladı:

 

“2014-cü ildə mən və alman profesorsu Krebs GİZ-in xətti ilə Azərbaycanın istehlak krediti haqqında müvafiq qanun layihəsi hazırlamışıq. Bunu Prezident Administrasiyasına göndərmişik. Prezident Administrasiyası isə bunu Nazirlər Kabinetinə göndərib. Nazirlər Kabineti isə bunu bütün aidiyyatı dövlət qurumlarına təqdim edib. O vaxt Mərkəzi Bank bu layihəni banklara da göndərdi. Lakin bu vaxta qədər banklar bu layihənin qəbuluna imkan vermirlər.

 

Hətta bizim layihə əhalinin hüquqlarını qorumaq baxımından  əksər ölkələrdən geri qalır. Biz bu qanun layihəsini ehtiyatla yazdıq ki, bankların “çox xətrinə dəyməyək”. Lakin buna baxmayaraq, bu qanunun qəbuluna  imakn vermirlər.

 

“Hazırladığımız qanun layihəsini qəbul edilərsə, problemlər də ortadan qalxar”

 

Ə.Həsənovun sözlərinə görə, bu qanunun qəbulu bütün problemlərin aradan qalxmasını təmin edə bilər:

 

“Bank özbaşınalıqlarının qarşısını almaq üçün konkret qanun qəbul edilməlidir. Biz bu qanun layihəsini çoxdan təqdim etmişik. Lazımdırsa,  indi də onu üzə çıxarda bilərəm.  Bu qanun layihəsi qəbul edilsə, problemlər də ortadan qalxar”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top