Ağ ev seçkilərin ilkin nəticələrini şərh edib

SİYASƏT 07 noy 2018, 11:05

ABŞ Prezidenti Administrasiyası aralıq seçkilərin ilkin nəticələrindən razıdır.

“Report” CNN-ə istinadən xəbər verir ki, bu barədə Ağ evin mətbuat katibi Sara Sanders bildirib.

“Hazırda əldə olunanlardan məmnunuq. Bu, ABŞ Prezidenti Donald Tramp üçün yaxşı bir axşam oldu”, – S.Sanders deyib.

Son proqnozlara görə, Respublikaçılar ABŞ Senatında çoxluğu təmin edib, lakin Nümayəndələr Palatasında çoxluğu itirib.

Daha əvvəl S.Sanders D.Trampıən aralıq seçkilərinin nəticələrini ailəsi və dostları ilə izləyəcəyini bildirib.

“Fox News” telekanalı Demokratlar Partiyasının Nümayəndələr Palatasına nəzarəti ələ alacaqlarını proqnozlaşdırır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top