Daha bir idmançı Həbiblə döyüşmək istəyir - FOTO

İDMAN 01 noy 2018, 23:15

Boks üzrə sabiq dünya çempionu Roy Cons UFC çempionu Həbib Nurməhəmmədovla döyüşməyə hazır olduğunu bəyan edib.

Roy Cons Həbibin Floyd Meyvezerlə döyüşünün təxirə salınacağı təqdirdə, yaxşı pul mükafatı müqabilində rusiyalı idmançı ilə döyüşə cıxa biləcəyini bildirib. 

 

“Konorun Həbiblə döyüşü doğrudan da maraqlı hadisə idi. Eşitmişəm ki, Həbib Meyvezerlə döyüşmək istəyir. Lap yaxşı. Əgər onlarda alınmasa, özüm məmnuniyyətlə onun çağırışını qəbul edəcəyəm. Təbii ki, yaxşı qonorar müqabilində”, - deyə o vurğulayıb.

oxu.az 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top