"Siemens" Berlində yeni şəhər salır

MARAQLI 31 okt 2018, 21:56

“Siemens” Berlini sənaye və texnologiya mərkəzinə çevirmək üçün bu şəhərə 600 milyon avro (681 milyon dollar) investisiya yatıracaq.


Demokrat.Az xəbər verir ki, investisiya yatırımı Berlində yeni “Siemensstadt” və ya Siemens şəhərinin yaradılmasına imkan verəcək. Qeyd edək ki, yeni şəhər mühəndislik üzrə ixtisaslaşan şirkətlərin sələflərinin  19-cu əsrin sonlarında zavodlar saldığı yerdə qurulacaq.


“Siemens”in açıqlamasında Spandauda 70 hektar ərazini əhatə edən yeni layihə böyük sənaye zonasını  müasir, urban ərazisinə çevirəcək, elm və biznes arasında innovasiya və əməkdaşlığı təşviq edəcək.


Layihənin bir hissəsi kimi, “Siemens”in Spandaudakı hazırkı əmlakı 2030-cu ilin sonunadək texnologiya parkına çevriləcək.(İnsider.az)

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top