Köhnə binanın bərpası zamanı divardan 1000-ə yaxın insan dişi çıxdı

MARAQLI 28 okt 2018, 23:44

ABŞ-ın Valdosta şəhərində, köhnə bir binanın bərpası zamanı çox maraqlı bir hadisə baş verib. Divarın içinə basdırılmış halda min ədəd insan dişi ələ keçirilib. Dişlərin gizli bölmədə olduğu ifadə edilərkən, bu bölmələrin daha əvvəl bu binada işləyən diş həkimləri tərəfindən hazırlandığı öyrənilib.

 

Open.az xəbər verir ki, ABŞ-ın Corcia əyalətində yer alan Valdosta şəhərində qədim bir binanı bərpa edən tikinti fəhlələrinin, divarlardan birinin içrəsində basdırılmış olan təxminən min ədəd insan dişi tapdığı öyrənilib.

 

Valdosta "Daily Times" qəzetinin xəbərinə görə 1000-ə yaxın insan dişinin saxlanıldığı qeyri-adi gizli bölmə, Valdostanın mərkəzində bərpa edilən qədim bir binanın ikinci mərtəbəsindəki divarda olub.

 

Yerli tarix mütəxəssisi Harri Evans görə bu gizli bölmələr, keçən əsrin əvvəllərində bu binada işləmiş olan diş həkimləri tərəfindən hazırlanıb.

 

Ekspertin verdiyi məlumata görə bina 1900-cü ildə inşa edildikdən sonra ilk olaraq orada işləyən diş həkimi Doktor Clarence Uittington olub, daha sonrakı dövrlərdə eyni binada diş həkimi Doktor Lester G. Youmans işləyib.

 

Şəhərdəki könüllülərsə bu cür gizli bölmələrin ilk dəfə ortaya çıxmadığını, daha əvvəl diş həkimlərinin çalışmış olduqları otaqlarda da gizlənmiş insan dişlərinə rast gəldiyi məlumatını verib.

 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 apr 2024, 09:08
Top