Qoşqar Hacıyev komadan ayıldı - VİDEO

HADİSƏ 27 okt 2018, 17:36
Heydər Əliyev Fondunun dəstəyi ilə qazinin müalicəsi davam etdirilir

Qoşqar Hacıyev bir neçə gün əvvəl komaya düşüb. Silahlı Qüvvələrin Baş Klinik Hospitalında müalicəsi aparılsa da onun yenidən bir müddət əvvəl əməliyyat olunduğu və müalicə aldığı Ankarada yerləşən Gülhanə Hərbi Tibb Akademiyasına aparılmasına qərar verilmişdi.

Məsələyə dərhal reaksiya verən birinci vitse-prezident Mehriban Əliyeva qazinin müalicəsi üçün müvafiq tapşırıqlar verib.

Heydər Əliyev Fondu qazinin Gülhanə Hərbi Tibb Akademiyasına aparılması üçün xəstəxana ilə danışıqlara başlayıb. Lakin onu akademiyada müalicə edən həkim neyrocərrah Özkan Tehli “Ege” hospitalda çalışdığından Qoşqar Hacıyev bu xəstəxanaya yerləşdirilib.

Hazırda xəstəxanada müalicə alan Qoşqar Hacıyevın müalicəsi üçün işlər davam etdirilir.

Hazırda Qoşqarın müalicəsinə nəzarət edən həkim Anestezioloq-Reanimatoloq Serkan Şenkal onun komadan ayılıdığını və vəziyyətinin stabilləşdiyini dedi.

Gülhanə Hərbi Tibb Akademiyasında Qoşqarı əməliyyat etmiş neyrocərrah Özkan Tehli onun vəziyyəti stabilləşəndən sonra növbəti əməliyyat barədə qərar verəcəklərini bildirdi.

Qeyd edək ki, 2015-ci ilin sentyabr ayının 2-də düşmənin kəşfiyyat-diversiya hücumunun qarşısını alarkən başından ağır yaralanan “N” saylı hərbi hissənin sabiq müddətdən artıq həqiqi hərbi xidmət keçən hərbi qulluqçusu Hacıyev Qoşqar Zahid oğlunun müalicəsi yerli tibb müəssisələri ilə yanaşı xaricdə də həyata keçirilib. O ilk dəfə 2016-cı ildə məhz Prezident İlham Əliyevin tapşırığı, eləcə də Heydər Əliyevin Fondunun dəstəyi ilə bir neçə dəfə Türkiyədə müxtəlif xəstəxanalarda müalicə olunub.

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top