Sami Yusif Gəncə terroru barədə: "Ürək ağrısından da artıq"

ŞOU-BİZNES 17 okt 2020, 20:51

Azərbaycan əsilli müğənni Sami Yusif feysbuk hesabında Ermənilərin Gəncəni vurması ilə bağlı paylaşım edib.


Demokrat.az xəbər verir ki, məşhur müğənni bu dəfə "BBC NEWS"da Azərbaycanla bağlı paylaşılmış xəbəri feysbuk hesabının hekayə bölümünə yerləşdirib.


"Beyond heartbreaking" (Ürək ağrısından da artıq) başlığı ilə paylaşımında Azərbaycan üçün dua istəyib. Bundan sonra isə müğənni, sözləri Azərbaycanın məşhur şairi Nəsimiyə aid olan "Sığmazam" qəzəlinə bəstələnmiş mahnısını yerləşdirib.(yeniavaz.com)

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top