Hadı Rəcəbli: "Dilənçilik edənlərin sosial durumu ilə maraqlanmaq lazımdır"

SOSİAL 20 oktyabr 2018, 14:06

“Əmək qabiliyyəti olduğu halda dilənçilik edən insanları əvvəl araşdırmaq, sonra tədbir görmək lazımdır”.

 

Bu barədə Modern.az-a Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri, millət vəkili Hadı Rəcəbli danışıb. O bildirib ki, insanları mənəvi cəhətdən əməklə məşğul olmağa yönləndirmək lazımdır:


“Televiziyalarda, sosial şəbəkələrdə və mətbuatda bir çox sosial çarxlar yayılır. Əmək qabiliyyəti olmadığı halda işləyərək, çörəkpulu qazanmağa çalışan insanların zəhmətsevərliyini əks etdirirlər. Bu çox müsbət haldır. Belə keyfiyyətlər insanın daxili aləminin zənginliyini, böyüklüyünü əks etdirir. Halbuki, dilənçiliyi biznes vasitəsi, peşə kimi dəyərləndirən, normal qəbul edən şəxslər var. Məsələn, qaraçılar dilənçiliklə məşğul olmağı sənət hesab edirlər.

 

Əmək qabiliyyəti olduğu halda dilənçiliklə məşğul olan insanların sosial durumu ilə maraqlanmaq lazımdır. Həqiqətən, bu insanın maddi problemləri varsa, ailəsini dolandıra bilmirsə, müəyyən kömək etmək olar. Bəzən sosial şəbəkələrdə hansısa dilənçinin şəklini yerləşdirirlər, izləyicilər onun maddi durumunun yaxşı olduğunu, fırıldaqçılıq etdiyini yazırlar. Ona görə, bu məsələdə mütləq bələdiyyələrin, ictimai birliklərin, cəmiyyətin fikirlərini öyrənməliyik. O qədər vəziyyəti ağır olan, maddi təminatı aşağı, hətta əmək qabiliyyətini itirmiş insanlar var ki, mənəviyyatını yüksək tutaraq, dilənçiliyə əl atmırlar. Bu insanlara da, ehtiyac ucbatından dilənməyə məcbur olanlara da kömək etməliyik”.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
24 noyabr 2024, 22:30
24 noyabr 2024, 21:32
24 noyabr 2024, 20:30
Top