Azərbaycanda "Ümumdünya Karate günü" qeyd olundu - FOTOLAR

İDMAN 08 okt 2018, 15:12

Azərbaycan Karate-Do Federasiyaları Assosiasiyasının təşkilatçılığı ilə Ümumdünya Karate gününə həsr edilmiş tədbir keçirildi.

 

Tədbiri giriş sözü ilə Dünya Şotokan Federasiyasının Azərbaycan üzrə nümayəndəliyinin baş katibi Nağı Mehdiyev açdı və geridə qalan illər ərzində federasiyasının keçdiyi uğurlu yoldan bəhs etdi. Ardınca sözü Dünya Şotokan Federasiyasının İcraiyyə Komitəsinin üzvü, Dünya Şotokan Federasiyasının Azərbaycan üzrə nümayəndəliyinin rəhbəri Arif  Məmmədova verdi. A.Məmmədov isə öz növbəsində Azərbaycan Karate-Do Federasiyaları Assosiasiyasının prezidenti Ülvi Quliyevin təbriklərini tədbir iştirakçılarına çatdırdı və idmançıların nailiyyətlərinin ildən-ilə artdığını xüsusi vurğuladı.  

 

Daha sonra Dünya Şotokan Federasiyasının Azərbaycan nümayəndəliyi tərəfindən son Dünya Çempionatının qaliblərinə mükafatlar təqdim olundu. Həmçinin, rəhbərlik Avropa Çempionatında iştirak edəcək məşqçilərə yığma komandaya idman geyimlərini təqdim edərək, bütövlükdə heyətə uğurlar arzuladı. 

 

Tədbirin sonunda Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən verilən fəxri adlar aşağıda adları qeyd olunan karateçilərə təqdim olundu:

 

1.    Turqut Həsənov
2.    Fuad Allahverdiyev
3.    Məhəmməd İsmayılov
4.    Fəridə Əliyeva
5.    Asya Məlikova 
6.    Fidan Teymurova
7.    Aytac Əliyeva

 

Qeyd edək ki, bu idmançılar “Azərbaycan Respublikasının İdman Ustası” adına layiq görülüb.

 

 

Demokrat.Az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top