Eldar Əzizovdan Meriya binasının köçürülməsi xəbərinə reaksiya: “Maraqlı məlumatdır”

SOSİAL 07 okt 2018, 10:46

Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) binasının köçürülməsilə bağlı məlumatlar dolaşmaqdadır. 

 

İcra Hakimiyyətindəki mənbənin verdiyi məlumata görə, bir müddət sonra Meriyanın Bakı şəhəri, İstiqlaliyyət küçəsi 18-də (“İçərişəhər” metrostansiyasının yaxınlığında) yerləşən binasının köçürüləcəyi gündəmdədir. Hətta Meriyanın yeni binasının yeri də artıq müəyyənləşib. Bunun üçün ən münasib yer olaraq “Qış parkı”nın yaxınlığı seçilib.

 

Demokrat.Az-ın məlumatına görə, Bakı Şəhər İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Eldar Əzizov məsələ ilə bağlı Modern.az-ın sualını cavablandırıb.

 

O bildirib ki, Meriyanın köçürülməsilə bağlı məlumatı yeni eşidir:

 

“Bu barədə ilk sizdən eşidirəm. Amma istənilən halda çox maraqlı məlumatdır. Dəyərləndirmək olar”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top