Prezident Beyləqanın icra başçısını işdən çıxardı

HADİSƏ 05 okt 2018, 16:13

Prezident İlham Əliyev Beyləqan rayinunun icra başçısı Vaqif Abdullayevin vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

 

Demokrat.Az saytının məlumatına görə, bu gün imzalanan sərəncamda bildirilib:

 

“Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin II hissəsini rəhbər tutaraq qərara alıram:

 

Vaqif İdris oğlu Abdullayev Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilsin”.
 

Xatırladaq ki, Vaqif Abdullayev 1992-1994-cü illərdə Prezidenti Aparatının nəşri olan “Yurd” jurnalında şöbə müdiri, 1994-2000-ci illərdə Prezidentin İşlər İdarəsində məsləhətçi vəzifəsində işləyib.

İkinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub.
 

2007-2012-ci illərdə Xızı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb.
 

10 aprel 2012-ci il tarixli sərəncamı ilə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı təyin edilmişdi.
 

Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvüdür.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top