İlham Əliyevlə Paşinyanın görüşündən SENSASİYALI KADRLAR - “Rusiya 1” YAYDI (VİDEO)

SİYASƏT 01 okt 2018, 16:22

Düşənbədə keçirilən MDB dövlət başçılarının sammiti çərçivəsində Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında ayaqüstü görüşlə bağlı yeni görüntülər yayılıb.

Publika.az
 xəbər verir ki, kadrları “Rusiya 1” telekanalı yayıb.

Rusiya mediasının “İlham Əliyevlə Nikol Paşinyanın görüşündən sensasiyalı kadrlar” adı ilə təqdim etdiyi kadrlarda Azərbaycan lideri ilə erməni baş nazirin iclas salonuna gəlmək üçün eyni liftdə qalxdıqları görünür. Liderlər yolboyu da müzakirələrini davam etdirirlər.



Telekanalın müxbiri bildirir ki, “Bu kadrları sensasiyalı hesab etmək olar. Azərbaycan Prezidenti və Ermənistanın baş naziri bir liftdə qalxdılar. Onlar gərgin idi, lakin zala daxil olana qədər danışığı davam etdirdilər”, - deyə müxbir qeyd edir.

Videokadrlarda digər maraqlı məqamlar da diqqət çəkir.

Qeyd edək ki, Azərbaycan prezidenti və Ermənistanın baş naziri Düşənbədə təmas xəttində gərginliyin aradan qaldırılması ilə bağlı razılığa gəliblər.

 

 

 

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top