Oliqarx-nazir tanınmış jurnalisti işdən çıxartırdı

HADİSƏ 07 iyn 2017, 18:14

Bu gün “Publika.az” xəbər portalının tanınmış jurnalisti Vasif Həsənli redaksiyanın toplantısı zamanı istefa verib. 


Demokrat.Az xəbər verir ki, 20-dək jurnalistin iştirakı ilə keçirilən iclasda jurnalist Vasif Həsənli “Publika.az” xəbər portalının rəhbəri Aynur Camalqızına baş verən haqsızlıqlarla əlaqədar etirazını bildirib. 


Vasif Həsənli Aynur Camalqızına müraciət edərək, onun rəhbərlik etdiyi redaksiyada işçilərə qarşı ayrı-seçkilik və ədalətsiz münasibətlərin olmasından dolayı işlədiyi "Publika.Az" saytından istefa verdiyini söyləyib:


İclasda iştirak edən "Bakı xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev isə Vasif Həsənliyə təmkinli olmağa və redaksiyada fəaliyyətini davam etdirməyə çağırıb.

 

Картинки по запросу Kəmaləddin Heydərov


Lakin Vasif Həsənli bu cür haqsız və ədalətsiz rəhbəri olan bir redaksiyada qətiyyən işləmək istəmədiyini deyib:


"Mənim bu redaksiyada sərbəst jurnalist fəaliyyətimi davam etdirməyim üçün heç bir şərait qalmayıb. Burada mənə və digər jurnalist həmkarlarıma "onu yazmaq, bunu yazmaq olmaz", "müxalifətçi jurnalistlərlə görüşmək və ya foto çəkdirmək olmaz" deyirlər. Yalnız "yuxarıdan" tapşırıq verilən zaman jurnalistlər nə isə yazırlar. Mən də düşünürəm ki, bu cür redaksiyalarda çalışmaqla artıq zaman itirirəm. Ona görə də redaksiyadan istefa verməyə qərar verdim".


Vasif Həsənli digər jurnalist həmkarlarına uğurlar arzu edərək, iclası yarımçıq tərk edib.  

 

Görüntünün olası içeriği: Vasif Hesenli


Qeyd edək ki, Aynur Camalqızının rəhbərlik etdiyi "Publika.Az" xəbər portalı fövqəladə hallar naziri vəzifəsində çalışan oliqarx Kəmaləddin Heydərov tərəfindən himayə olunur. 

Kəmaləddin Heydərov "Publika.Az" ilə yanaşı, "Teleqraf holdinq", "APA holdinq" və digər media qurumlarını da maliyyələşdirir. Kəmaləddin Heydərov himayə etdiyi media qurumlarında söz azadlığını aşan jurnalistlərin dərhal işdən çıxarılması ilə də bir neçə dəfə gündəmə gəlib. Buna misal olaraq bir neçə ay öncə "APA holdinq"in əməkdaşı, jurnalist Fərahim Qasımovun günahsız yerə işdən çıxarılmasını göstərmək olar.


Demokrat.Az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top