"Jurnalisti böyük cərimələrlə üz-üzə qoymaq media fəaliyyətini məhdudlaşdırmaqdır" - Ələsgər Məmmədli

SOSİAL 17 sen 2018, 15:21

Ölkəmizin media tarixində müsbət olaylar, tendensiyalarla yanaşı, bəzi hallarda jurnalistlərin məhkəmələr tərəfindən, onlara qarşı iddia irəli sürən qarşı tərəfin tələbi əsasında yüksək məbləğdə cəriməllənməsi kimi hallara da rast gəlmək mümkündür. Hansı ki, eyni poblem bu gün də öz aktuallığını qoruyub saxlamaqdadır.


Bəs problemin hüquqi müstəvidə ədalətli həlli necə olmalıdır? Məhkəmələr jurnalistlərə qarşı cərimə cəzası təyin edərdən onların maddi durumunu, aldığı əmək haqqını, gəlir imkanlarını nəzərə almalıdırmı? Qanunvericilikdə cərimə cəzası ilə bağlı maksimum hədd göstərilibmi?

 

Moderator.az-a açıqlama verən hüquqşünas Ələsgər Məmmədli bu kimi halların hakimlər tərəfindən hökmən nəzərə alınması gərəkdiyini vurğuladı:

 

“Jurnalist təbii ki, həqiqəti yazmalıdır. Təhrifə, kiminsə nüfuzunun zədələnməsinə yol verməməlidir. Əgər yazırsa, buna görə müəyyən məsuliyyət daşıyır. Bizim Mülki Məcəlləmizdə dəyən zərərin kompensasiyası ilə bağlı limit yoxdur. Normalda teleradio haqqındakı qanunda götərilib ki, telelviziya və radio yayımı ilə bağlı veriləcək cərimələr minimum əmək haqqı fondunun iki aylıq mislindən çox ola bilməz. Mətbuat üçün bu məhdudiyyt yoxdur. Odur ki, hakimlər bəzi halda havadandüşmə, göydəndüşmə rəqəmlər təyin edirlər. Əslində, burada da bir standart olamlıdır. Biz diffamasiya haqqında qanun layihəsini hazırlayan zaman maddi cərimələrə belə limit qoyulmasının zəruriliyini vurğulamışdıq. Çünki jurnalist maddi cərimələri ödəyə bilməyəcəyi təqdirdə, doğruları yazmaqdan qorxar. 2009-cu ildə Avropa Məhkəməsinin bununla bağlı Bolqarıstana qarşı bir qərarı var. Deyir ki, əgər jurnalisti çox cərimələyərsinizsə və jurnalist də bunu ödəyə bilməzsə, o zaman o media azadlığı imkanından istifadə edib doğruları da yazmağa qorxar. 


Bu baxımdan yanaşdıqda, tutaq ki, 300 manat maaş alan hər hansı jurnalistini üç min manat cərimələmək o qədər də adekvat sayıla bilməz. Belə cərimələr jurnalistin media fəaliyyəti ilə məşğul olmasına məhdudiyyət gətirir. Bu isə media azadlığını əsassız məhdudlaşdırmaq hesab oluna bilər. Hakimlər qərar qəbul edən zaman bunları düşünməlidir. Jurnalist nə qədər böyük auditoriyada qarşı tərəfə zərər verib, bu zərərin mahiyyəti nədir – bunlar dəqiq hesablanmalıdır. Jurnalistin qazancı, onun oxucularının miqyası və s. nəzərə alınmalı, cərimə yalnız bundan sonra, bunlar nəzərə alınaraq təyin edilməlidir. Bizdə  isə bununla bağlı konkret standart olmadığı üçün bəzən jurnalistlər çətin vəziyyətə düşür”.

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top