Heydər Əliyev hərbi xidmətə yollandı

SOSİAL 16 sen 2018, 11:02

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin N saylı hərbi hissəsində gənc əsgərlərin andiçmə mərasimi keçirilib.

 

Demokrat.Az-ın əldə etdiyi məlumata görə,  mərasimdə Azərbaycan Prezidentinin oğlu Heydər Əliyev də gənc əsgər kimi and içib.

 

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri mərasimdə iştirak ediblər.

 

Qeyd edək ki, 2013-cü ildə 590 bal toplayaraq "ADA” Universitetinə qəbul olan H.Əliyev Beynəlxalq münasibətlər ixtisası üzrə təhsil alıb. O, təhsil aldığı "ADA” Universitetindən bu ilin yayında məzun olub.

 

Demokrat.Az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top