55 yaşlı Kamran Həsənli: "İstədiyim kimi yaşaya bilməmişəm..."

MARAQLI 11 sen 2018, 14:16

Bu gün tanınmış aparıcı-şoumen Kamran Həsənlinin doğum günüdür. 1963-cü ildə dünyaya gələn K.Həsənlinin 55 yaşı tamam olur. 

 

K.Həsənli Moderator.az-a açıqlamasında doğum günlərinə elə də önəm vermədiyini bildirib: 

 


“Təbrikiniz üçün çox sağ olun. Doğum günlərimi adi günlər kimi keçirirəm, yəni bu günü qeyd etmirəm. Bizdə ailədə hamı belədir. On yaşıma kimi doğum günümü keçirmişəm, amma yaşa dolduqdan sonra doğum günü keçirmirəm”. 

 

Əməkdaşımızın aparıcıya: “Geridə qoyduğunuz ömrü arzuladığınız kimi yaşadınızmı, bundan sonra necə yaşamaq istəyirsiniz?” sualına aparıcının cavabı belə olub:

 

 “Vallah, bundan sonra necə yaşamaq istədiyimi deyə bilmərəm, bu, qismət məsələsidir, amma, təbii ki, istədiklərim də var. Buna baxmayaraq, istədiyim kimi yaşaya bilməmişəm. Kim deyirsə, bu günə kimi istədiyim kimi yaşamışam, o, xoşbəxt adamdır. Elə illər olub ki, istədiyim kimi olub, elə olub ki, istədiyim kimi olmayıb. Amma yenə də yaşadığım illərdən razıyam. 

 

Bu yaşa qədər aldığı ən dəyərli hədiyyəni soruşanda isə şoumen bunu xatırlamadığını deyib:  

 

“Hədiyyələrə çox önəm vermədiyim üçün ən böyük hədiyyəni kimdən aldığım yadımda deyil”.

 

 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top