Ulduz futbolçuya 6 aylıq həbs cəzası verildi

İDMAN 04 iyn 2020, 18:49

“Atletiko”nun futbolçusu Dieqo Koştaya 6 aylıq həbs cəzası verilib. 


Demokrat.az xəbər verir ki, buna səbəb onun 2014-cü ildə əldə etdiyi gəlirlərin vergisini ödəməməsidir. 


Braziliya əsilli forvard 1,1 milyon vergi ödəməli olsa da, bunu etməyib. 


Futbolçunun istəyi ilə onun cəzası 1 ilədək uzadılıb və pullu cəzaya çevrilib. O, 36 min avro ödəyərək cəzadan qurtulacaq.(qafqazinfo.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top