Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının tərkibi yeniləndi — SİYAHI

SİYASƏT 19 may 2020, 16:27

Prezident İlham Əliyev “Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 5 mart tarixli 785 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.


Demokrat.az xəbər verir ki, sərəncama əsasən, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının yeni tərkibi aşağıdakı kimi olub:


Komissiyanın sədri


Əli Əhmədov ̶  Azərbaycan Respublikası Baş Nazirinin müavini


Komissiyanın üzvləri:


Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri


Azərbaycan Respublikası Xarici İşlər nazirinin müavini


Azərbaycan Respublikası Daxili İşlər nazirinin müavini


Azərbaycan Respublikası Fövqəladə Hallar nazirinin müavini


Azərbaycan Respublikası Ədliyyə nazirinin müavini


Azərbaycan Respublikası İqtisadiyyat nazirinin müavini


Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini


Azərbaycan Respublikası Təhsil nazirinin müavini


Azərbaycan Respublikası Səhiyyə nazirinin müavini


Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini


Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti rəisinin müavini


Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri


“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin vitse-prezidenti


Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası sədrinin birinci müavini


Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top