ABŞ-da erməniləri ifşa edən yeni sənəd aşkarlandı — VİDEO

SİYASƏT 14 may 2020, 21:59

Erməni daşnaklarının Hitlerə və Holokost soyqırımına rəğbət bəslədiklərini ifşa edən yeni tarixi sənəd aşkarlanıb. Sənəd Azərbaycanın Los-Ancelesdəki baş konsulluğunun ABŞ Konqresi arxivlərində apardığı araşdırma nəticəsində üzə çıxıb. Bu sənəddə tarixin gizli səhifələrində qalmış bir çox fakt gün üzünə çıxıb. Beləliklə, ermənilərin faşizmə olan meylinin səbəbi faktlarla təsdiqlənmiş oldu.


1945-ci il mayın 4-də ABŞ Nümayəndələr Palatasının Miçiqan ştatından olan üzvü, konqresmen Frenk Huk erməni daşnaklarının Hitlerə və Holokosta rəğbət bəsləmələri, irqçi meylləri, habelə onların ABŞ ərazisində törətdikləri terror aktları barədə məqaləni konqresin plenar iclasına təqdim edib. Sözügedən məqalə ABŞ konqresinin qeydiyyat kitabçasına daxil edilərək, ABŞ hökuməti tərəfindən dərc edilib. Məqalədə erməni daşnaklar uzun müddət terrorçu-faşist aktları həyata keçirən və təşkilatlanmış "quldur dəstəsi" adlandırılır. Daşnakların yaranma tarixindən bəhs edilən məqalədə onların terrorizmi əsas siyasi alət kimi mənimsədikləri qeyd olunur.


Məqalədə erməni daşnaklarının ABŞ-da daşnaksutyun partiyasına ianə köçürməkdən imtina edən və ya onların radikal ideologiyasını bölüşməyən ermənilərə qarşı terror aktları törətdikləri bildirilir. Bu çərçivədə Amerikadakı erməni kilsəsinin rəhbəri arxiyepiskop Leon Touriyanın 1933-cü ildə Nyu-Yorkdakı kilsədə Milad bayramı ibadəti zamanı daşnak terrorçular tərəfindən qətlə yetirildiyi diqqətə çatdırılır.


Daşnakların nasizmə rəğbət bəslədikləri vurğulanan məqalədə onların ABŞ-ın Boston şəhərində nəşr edilən "Hairenik" qəzetinin 17 sentyabr 1936-cı il sayına istinad edərək, daşnakların hitlerizmi və faşizmi "bəşəriyyətə hədiyyə" və "Almaniya və İtaliyaya yeni həyat verən uğurlu sistemlər" hesab etdiklərini qeyd olunur.


Sənəddə həmçinin "Hairenik" qəzetinin 1936-cı ilin avqust sayından daşnakların holokostu dəstəklədiklərini göstərən sitat təqdim olunur. Belə ki, erməni daşnakları 6 milyon yəhudinin nasistlər tərəfindən öldürülməsini "zəhərli elemetlərin kökünü kəsmək üçün cərrahiyyə əməliyyatı" adlandırırlar. Sözügedən sənəddə, həmçinin nasistlərə xidmət etmiş erməni Qaregin Njde haqda da məlumat verilərək, onun erməni irqçiliyini təbliğ edən tseqakronizm nəzəriyyəsinin əsasını qoyduğu bildirilir.


XİN ABŞ Konqresinin arxivindən ermənilərlə bağlı tapılan sənədə münasibət bildirib. Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva bildirib ki, erməni daşnaklarının terrorçu-faşist mahiyyətini üzə çıxaran sənəd əslində təəccüb doğurmamalıdır, erməni terrorizm meylləri təəssüf ki, bizə yaxşı bəllidir. Azərbaycan erməni terrorunun acılarını yaşayıb, özü də 20-ci əsrin əvvəllərindən etibarən. Ermənistanda faşizmin qəhrəmanlaşdırılmasının dövlət siyasətinə çevrilməsi Azərbaycan tərəfindən dəfələrlə və ən yüksək səviyyədə səsləndirilib".

 

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top