Karantin rejimi mayın 31-dən sonra da uzadıla bilər — Prezidentdən XƏBƏRDARLIQ

GÜNDƏM 07 may 2020, 16:37

"Azərbaycanda koronavirusla əlaqədar olaraq xüsusi karantin rejimi ən azı mayın 31-dək qüvvədə olacaq". 


Demokrat.az xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev modul tipli xəstəxana kompleksinin açılış mərasimində bəyan edib. 


Ölkə başçısı bildirib ki, ondan sonra lazım olarsa uzadılacaq:


"Son günlərin mənzəri məni çox üzür və narahat edir. Çünki, son 2-3 gündə xəstələnənlərin sayı, sağalanların sayından çoxdur. Əgər bu dinamika kəskin artarsa mən bunu açıq demək istəyirəm və hər kəs bunu bilsin, məcbur olub karantin rejimini əvvəlki vəziyətə gətirəcəyik. Sərtləşdirəcəyik. Karantin qaydalarını pozanlara qarşı daha ciddi tədbirlər görüləcək. Məqsəd vəziyəti daima nəzarətdə saxlayaq". 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top