"İran Ermənistana narahatlığını çatdırıb" — Səfirlik

DÜNYA 07 may 2020, 15:27

İran Xarici İşlər Nazirliyi Ermənistanın İsraildə səfirlik açmaq niyyətinə münasibət bildirib.


Demokrat.az xəbər verir ki, İranın Azərbaycandakı səfirliyindən verilən məlumata görə, İran XİN-in sözçüsü mətbuat konfransında ona bununla bağlı ünvanlanmış suala cavabında ölkəsinin Ermənistan tərəfinə narahatlığını çatdırdığını deyib.


"Biz narahatlığımızı İsraildə səfirlik açmaq istəyini elan edən Ermənistana da çatdırmışıq. Ümidvarıq ki, Ermənistan dövləti bu qərarını yenidən nəzərdən keçirəcək", - rəsmi nümayəndə vurğulayıb.(report.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 apr 2024, 09:08
Top