Türkiyədə bəzi qadağalar götürülür

DÜNYA 04 may 2020, 22:51

Türkiyədə karantin rejiminin mərhələli şəkildə yumşaldılması planlarına uyğun olaraq bu gecədən etibarən 7 əyalət arasında gediş-gəliş bərpa olunacaq. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə Prezident Rəcəb Tayyib Ərdoğan xalqa müraciətində deyib. Antalya, Aydın, Ərzurum, Hatay, Malatya, Mersin və Muğla şəhərləri arasındakı gediş-gəliş məhdudiyyəti aradan götürüləcək. Digər 24 əyalətdəki məhdudiyyət isə 15 gün daha uzadılıb. 

Bundan başqa, bərbərxanalar, gözəllik salonları mayın 11-dən etibarən fəaliyyətə başlayacaq. Alış-veriş mərkəzləri də mayın 11-dən müştərilərə xidmət göstərəcək. 

Həmçinin, maskaların bazarlarda satışına da məhdudiyyət qoyulmayacaq.

Hərbi xidmətdən tərxis olunma mayın 31-də gerçəkləşəcək. Epidemiya xəstəxanalarının sayı iyunun 1-dən etibarən azaldılaraq həmin qurumların normal fəaliyyətinə şərait yaradılacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 apr 2024, 09:08
Top