Alimlər açıqladı: 2030-cu ildə müsəlmanlar 36 gün oruc tutacaq

DÜNYA 04 may 2020, 15:13

2030-cu ildə müsəlmanlar 36 gün oruc tutacaq.


Demokrat.az xəbər verir ki, Səudiyyə Ərəbistanının Əl-Qasim Universitetində iqlim elmləri professoru Abdullah əl-Musand astronomik proqnozlara əsasən belə bir iddia ilə çıxış edib.


Onun “Twitter” hesabında paylaşdığı şərhdən belə məlum olur ki, Ramazan ayı 2030-cu ildə iki dəfə başlayacaq: yanvarın 5-də və dekabrın 26-da. O, bunun səbəbi kimi hicri-qəməri təqvimin Günəş təqvimindən 11 gün daha qısa olması ilə izah edib.


“2030-cu ildə Ramazan ayı iki dəfə başlayacaq. Birinci dəfə hicri-qəməri təqvimi ilə 1451 ci ildədir ki, bu da miladi təqvimlə 2030-cu ilin yanvarın 5-nə düşür. Elə həmin il dekabrın 25-də hicri-qəməri təqvimi ilə növbəti Ramazan ayı başlayacaq. Beləliklə, altı gün oruc tutulacaq. 1452-ci ilin Ramazan ayının davamı miladi təqvimlə 2031-ci ildə olacaq”.(oxu.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top