"Yuventus" 42 yaşlı Buffonla müqaviləni yeniləyir

İDMAN 11 apr 2020, 16:57

İtaliyanın "Yuventus" klubunun qapıçısı Canluici Buffon karyerasını başa vurmaq niyyətində deyil.


Demokrat.az xəbər verir ki, 42 yaşlı qolkiper Turin təmsilçisi ilə cari mövsümün sonunda başa çatacaq müqaviləsinin müddətini uzatmağa hazırlaşır.


"Qoca sinyora" Buffonla yanaşı, komandanın müdafiəçisi Corcio Kyellini ilə də yeni sözləşmə imzalamaq niyyətindədir.


Qeyd edək ki, karyerasında bir çox uğura imza atan Canluici Buffon "Yuventus"un heyətində 3 dəfə Çempionlar Liqasında final oynasa da, kubok qazana bilməyib. İtaliya millisinin sabiq üzvü cari mövsüm ümumilikdə 11 oyunda meydana çıxıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top