"Ailənin bir üzvü əməkhaqqı alırsa, digər üzvünə birdəfəlik ödəmə verilməyəcək" — AÇIQLAMA

SİYASƏT 07 apr 2020, 18:33

“Dövlətin dəstəyi pandemiya dövründə sosial cəhətdən zəif kontingentə yönəlib. Bəzən birdəfəlik ödəmə üçün əmək müqaviləsi ilə işləyənlər də müraciət edir". 


Demokrat.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev birdəfəlik ödəmə ilə bağlı keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, ailənin bir üzvü işləyirsə, əmək haqqını alıbsa, digər üzvünə bu məbləğin verilməsinə ehtiyac yoxdur: "Əgər ailənin hər hansı üzvü dövlətdən hansısas dəstək alırsa (müavinət, sosial yardım, pensiya və s.) ona birdəfəlik ödəmə verilməyəcək. Resurslardan düzgün şəkildə istifadə etməliyik. Son 2 gündə 10 minlərlə müraciət emal edilib".


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top