190 manat pulu almaq istəyənlərin nəzərinə — İZAH

SOSİAL 07 apr 2020, 09:35

Nazirlər Kabinetinin yardım paketində 200 min işsizə 2 ay ərzində hər ay 190 manat ödənilməsi məqsədilə 70 milyon manat vəsait ayrılıb.

 

Demokrat.az-ın məlumatına görə, bu yardımı əldə etmək üçün ilk növbədə işsizlik statusunuzu rəsmiləşdirməlisiniz.


1. www.e-sosial.az saytına daxil olun.


2. Əgər asan imza və ya elektron imzanız yoxdursa, onda istifadəçi Fərdi İdentifikasiya Nömrəsi (FİN) ilə daxil olmalısınız.


3. Onlayn qaydada İstifadəçi FİN-inin əldə olunması üçün “Qeydiyyatdan keçin” düyməsini seçərək şəxsiyyət vəsiqənizin FİN kodunu və adınıza olan mobil nömrənizi daxil edin.


4. Mobil telefonunuza gələn aktivasiya kodunu uyğun xanada yazıb, öz şifrənizi təyin etməklə qeydiyyatınızı tamamlayın.


5. İstifadəçi FİN ilə daxil olun, şifrənizi yığın və məşğulluq bölməsinə daxil olub, orda uyğun məlumatları yerləşdirin.

 
Qeyd: Sistemdə problemlə qarşılaşsanız onda 108-ə zəng edin.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top