Bakıda əcnəbi vətəndaş qul kimi işlədildi — ŞOK FAKTLAR

HADİSƏ 30 mar 2020, 13:02

Bakıda əcnəbi vətəndaşı qul kimi işlətməkdə ittiham olunan şəxsə qarşı cinayət işi açılıb.


Demokrat.az-ın məlumatına görə, Razim İmamverdiyev Razim Səməd oğlunun barəsində Cinayət Məcəlləsinin 144-2.2.6-cı (məcburi əmək, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə) maddəsi ilə ittiham elan edilib.


İttihama görə, Razim İmamverdiyev əcnəbi vətəndaş Fomenko Ruslan Pavloviçi fermada saxlayıb, onu qul kimi işlədib.


Bunun üçün Razim İmamverdiyevə köməklik edənlər olub. Onların barəsində cinayət işi ayrıca icrata götürülüb.


Razim İmamverdiyevin cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.


İş araşdırılması üçün hakim Rasim Sadıxovun icraatına verilib.


Yaxın günlərdə bu iş üzrə məhkəmə prosesi başlanacaq.


Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 apr 2024, 09:08
Top