QHT Şura və RealTV-nin başladığı kampaniyaya 1000 tibbi maska ianə etdi

SOSİAL 27 mar 2020, 17:01

Xəbər verdiyimiz kimi bu gündən etibarən Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və REAL TV "Evdə qal, cəmiyyəti qoru" kampaniyasına start veriblər. 


Demokrat.az xəbər verir ki, layihənin məqsədi koronavirusun yayılmasının qarşısının alınmasına ictimai dəstəyi təmin etmək, ictimai monitorinq və məlumatlandırma kampaniyası aparmaqdır. 


Bu gündən başlanan kampaniyaya QHT-lər gücləri çatdıqları qədər, imkanları daxilində verirlər. 


 
Belə yardımlardan birini QHT sədri, tanınmış xanım- iş adamı Vəfa Muradzadə edib. “Vəfa Collection” şirkətinin rəhbəri, "İş Qadınlarına Dəstək" İctimai Birliyinin sədri Vəfa Muradzadə bu kampaniyaya 1000 tibbi maska ianə edib.   


 
Qeyd edək ki, "İş Qadınlarına Dəstək" İctimai Birliyi öz müddət öncə Koronavirusla Mübarizə Dəstək Fonduna 10.000 tibbi maska ianə etmişdi.  

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top